Aparıcı Xoşqədəm Hidayətqızı əvvəllər çalışdığı ATV telekanalının rəhbərliyini tənqid edib.
Proqramının arxivinin əlindən alındığını deyərək bildirib ki, onun hesabına milyonlar qazanılıb:
“Allahdan bircə diləyim var, sizin qarşınıza yaxşı, qədrinizi bilən insanları çıxarsın. Bütün illərimi "Səni axtarıram" verilişinə həsr etdim. Ancaq oradan aldığım əmək haqqını bütün işçilərim bilir. Mənim hesabıma milyonlar qazanıldı. Bu həyatda nə baş verirsə, yaxşılığa doğru olur. Sevinirəm ki, indi bu kanaldayam, Xəzər TV. rəhbərliyi qədrimi bilir". pizza hut
Aparıcı yardım göstərdiyi insanlardan da xahiş edib ki, əllərində olan arxivə aid materialları ona göndərsinlər.
Lent.az
Telegram kanalımız