Xoşqədəmdən Nərminin anasını qınayanlara sərt reaksiya - Peyğəmbərdən misal gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmdən Nərminin anasını qınayanlara sərt reaksiya - Peyğəmbərdən misal gətirdi

Şou

16 Yanvar 2020 08:41 3265


Xəbər verdiyimiz kimi, qətlə yetirilən 10 yaşlı Nərminin anası Aynurə İsmayılova qızının qətli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. O, Bakıya köçmək istədiyini bildirib və dövlət başçısından ev istəyib:

“Cənab Prezidentimiz İlham Əliyev! Bilirəm ki, həm siz, həm də Mehriban xanım uşaqlara xüsusi qayğıyla yanaşır, onları sevib qoruyursunuz. Ona görə də Sizdən kömək istəyirəm. Bizim Tovuzdan Bakıya köçüb yerləşməyimizə yardım edin. Qalan iki övladıma görə çox qorxuram. Hər gün balamın qatilinin ailəsi ilə üz-üzə gəlmək istəmirəm. Qızım o evdə yanıb. Ona orada zülm edib, başını daşla əziblər. Sizdən övladımın qatilinin, bu işdə ona kömək edənlərin ən ağır cəza almasına göstəriş verməyinizi xahiş edirəm”.

Onun bu müraciəti qalmaqala səbəb olub. Sosial şəbəkələrdə A.İsmayılovanın ev istəməsi sərt tənqid edilib. Dominos pizza

“Yeni Sabah” xəbər verir ki, məsələyə tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı da səssiz yanaşmayıb. Aparıcı Nərminin anasını tənqid edənlərə sərt reaksiya verib və onu başa düşməyə  çağırıb: 

“Nərminin anası... Övladını itirmiş bir qadın... Dünən bir açıqlama verib, qızının öldürüldüyü kənddə yaşaya bilmədiyini, başqa bir yerdə ev istədiyini duyurdu. Onun bu istəyi barədə nə isə deməyəcəyəm. Siz də mənim fikirimi heç soruşmayın. Mən başqa tərəfdən məsələyə yanaşmaq, toxunmaq istəyirəm. 

Dünəndən medianı izləyirəm və dəhşətə gəlirəm. Bu qadını söyən kim, öldürən kim, təhqir, ittiham... Bir sözlə linç edilir. Başa düşürəm böyük bir dəhşətlə öldürülən 10 yaşlı Nərminin anasının belə bir istəyi hər kəsi qıcıqlandırır, haqlı suallar ortaya çıxır. Amma nəzərə alın ki, o bir anadır, bəlkə bu dəqiqə nə düşündüyünü, nə dediyini belə o acının təsiriylə deyir. Nəticədə o bir anadır və kimsə onun balasını ondan çox istəyə bilməz. Necə görünməsindən asılı olmayaraq... Bir az mərhəmət, özünü qarşındakının yerinə qoymaq, bəlkə acının təsiri ilə bu sözü deyir düşünmək olmazmı?! Peyğəmbərimiz deyir ki, mərhəmət etməyənə, mərhəmət edilməz”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!