Xoşqədəmlə Doğuş ayrılıb? - Xəbər yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Xoşqədəmlə Doğuş ayrılıb? - Xəbər yayıldı

Şou

09 Fevral 2025 23:36 2030


Aparıcı Xoşqədəm Hidayətqızı türk mediasında müğənni həyat yoldaşı Doğuşla ayrılması haqda yazılan xəbərdən danışıb. 

Axşam.az xəbər verir ki, aparıcı öz verilişində yayılan xəbərlərə aydınlıq gətirib.

"Bizi də tez-tez boşadıb, evləndirirlər. Bir gün yol gedirdim. Türkiyədən rəfiqəm zəng etdi ki, güclü ol, yanındayam. Deyirəm, nə olub? Cavab verdi ki, bütün türk mediasının manşetidir ki, Doğuşla Xoşqədəm ayrılıb. Səbəb isə odur ki, atamla anam bizdə qalıb və Doğuş etiraz edib. Bunu mənim haqqımda yazsalardı ki, Xoşqədəm qayınanasına görə narazılıq edib, normaldı. Doğuş kimi adam bunu etməz. Doğuş kimi adam mənim valideynlərimə görə şərt qoyub, evi tərk etməz" - Xoşqədəm Hidayətqızı qeyd edib. pizza mizza

Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün əkiz övladı var. /Axsam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!