Aparıcı ilə məhkəməsinə son qoyuldu - 3 min təzminat alacaq

saytların hazırlanması

Evə çatdırılma

Aparıcı ilə məhkəməsinə son qoyuldu - 3 min təzminat alacaq

Şou

16 Dekabr 2023 13:26 1419


“İlahi Ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz“.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə yeni paylaşımında qeyd edib.

O bildirib ki, hər zaman yaradana güvənib: Pepperoni pizza

“Ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım. Lakin susqunluğumla qınandım. Səbəbi-qanun danışsın deyə susdum. Məni tanıyan bilir söz-söhbət sayəsində qara PR-ı, boşboğazlığı sevmirəm. Nə də düz olarkən özümü sübut etməyi sevirəm. Şükürlər olsun Allahıma heç zaman tək qoymadı məni. Onun Ədaləti qarşısında baş əyirəm!

Hər şey sübut olundu! Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizə halal olsun sadəcə!”

Xatırladaq ki, Ayselin aparıcı Xoşqədəm Hidayətqızı ilə uzun zamandır davam edən məhkəməsi bu il sonlanmış, müğənni qalib gəlmişdi. 

2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!