Ümumdünya Kilsələr Şurası və Xristian Kilsələrinin Milli Birliyi ABŞ Prezidenti Donald Trampa məktub göndərib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, məktub koronavirus pandemiyasının bəşəriyyətin ümumi düşməni olduğu bildirilir və mövcud vəziyyətdə İrana qarşı sanksiyaların aradan qaldırılması xahiş edilir.
“Bu virus fərq qoymadan bütün insanları məhv edir. Bunun qarşısını almaq istiqamətində İran xalqına yardım etmək və sanksiyaların aradan qaldırılması zəruridir”, - deyə xristian din xadimləri vurğulayıb. Onlar əlavə edib ki, sanksiyalar İrana koronavirusa qarşı effektli mübarizə aparmağa imkan vermir.
Donald Tramp hələ ki, məktuba heç bir reaksiya verilməyib. ABŞ-ın dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, İrana qarşı sanksiyalar nəinki ləğv edilməyəcək, heç yumşaldılmayacaq da. O həmçinin İranın Beynəlxalq Valyuta Fondundan (BVF) 5 milyard dollar kredit almasına da imkan verilməyəcəyini bəyan edib. pizza
Məlumat üçün deyək ki, İran pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir. Bu günə qədər İranda 66 min 220 nəfər infeksiyaya yoluxub. Onlardan 4110 nəfər dünyasını dəyişib.
Telegram kanalımız