XTQ gizirinin qəzaya düşməsi ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

XTQ gizirinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Kriminal

03 Yanvar 2021 20:43 894


Ötən gündən etibarən sosial şəbəkələrdə XTQ giziri Ağadədə Hacıyevin qəzaya düşməsi barədə xəbərlər yayılır.

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O bildirib ki, hadisə ötən ilin dekabrın 25-də Yasamal rayonu ərazisində baş verib.  E.Zahidovun sözlərinə görə, iki maşın işıqforun yol kəsişməsində toqquşub:

“Nəticədə avtomobillərin birində sərnişin qismində olan Ağadədə Hacıyev və digər avtomobilin sürücüsü Orxan Abdürrəhmanov ağır bədən xəsarətləriylə xəstəxanaya yerləşdiriliblər. Hazırda hər iki şəxs xəstəxanadadır. Bununla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələriylə cinayət işi qaldırılıb. Hazırda istintaq tədbirləri davam etdirilir. A. Hacıyevin vurulandan sonra üstündə olan mobil telefonunun və pulunun oğurlanması məsələsiylə bağlı isə istintaqda araşdırmalar aparılacaq. Bundan sonra məsələyə aydınlıq gətiriləcək. Hazırda O. Abdürrəhmanovun vəziyyəti ağır, A. Hacıyevin vəziyyəti isə orta-ağırdır”. Toyuqlu pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 11-də 1 saylı Klinik Tibbi Mərkəzdə müharibədə yaralanan qazilərə baş çəkmişdi. Həmin görüşdə qazi A. Hacıyev də iştirak edib. Həmçinin XTQ giziri ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!