XTQ-nin İran sərhədində keçirdiyi gecə təlimlərindən görüntülər   - Video

saytların hazırlanması

Evə çatdırılma

XTQ-nin İran sərhədində keçirdiyi gecə təlimlərindən görüntülər - Video

Maraqlı

04 Noyabr 2022 10:12 870


Cari ilin döyüş hazırlığı planına əsasən Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib. 

Bu barədə Yenisabah.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Təlimin ssenarisinə uyğun olaraq xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər. Marqarita pizza

Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Düşmən arxasında qarşılaşa biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!