Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq - İranlı rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Xudafərin sərhəd gömrüyü tezliklə açılacaq - İranlı rəsmi

Rəsmi

29 May 2021 18:31 1180


İranla Azərbaycan sərhədində Xudafərin sərhəd gömrüyü yaxın gələcəkdə açılacaq.

Yenisabah.az xəbər verir ki, bunu İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin valisi Məhəmməd Rza Purməhəmmədi deyib. Onun sözlərinə görə, bu sərhəd gömrüyünün fəaliyyətə başlaması üçün lazımi addımlar atılıb.

Purməhəmmədi əlavə edib ki, Azərbaycanın Xudafərin sərhədi işğaldan azad edildikdən sonra bu sərhəd gömrüyünün fəaliyyətə başlaması Azərbaycan və İran rəsmiləri tərəfindən diqqət mərkəzində olub. Pepperoni pizza

Vilayət rəsmisi deyib ki, Xudafərin sərhəd gömrüyü İranın Şərqi Azərbaycan vilayətinin iqtisadi və ticarət dövriyyəsinin inkişaf etməsinə ciddi köməklik göstərə bilər./Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!