“Xudafərində gömrüyün açılması 3 ölkənin maraq dairəsindədir“ - İran rəsmisi

saytların hazırlanması

Evə çatdırılma

“Xudafərində gömrüyün açılması 3 ölkənin maraq dairəsindədir“ - İran rəsmisi

Rəsmi

15 Sentyabr 2021 12:47 2583


“Xudafərin kömrük məntəqəsinin açılışı həm İran, həm Azərbaycan, həm də Türkiyə üçün faydalıdır”.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyaləti valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangiri bildirib. 

Onun sözlərinə görə, bu gömrük məntəqəsində ticarət dövriyysi potensialı 200 milyard tümən ola bilər. Digər tərəfdən, o, İranın Avrasiya, Cənubi Qafqaz və Türkiyə bazarlarına çıxış qapısı olacaq. pizza hut

Əli Cahangiri vurğulayıb ki, Xudafərin kömrük məntəqsinin yenidən açılması hazır infrastruktur mövcud olduğundan böyük vəsait tələb etmir: “Bu vacib məsələnin reallaşması üçün yeni prezident administrasiyandan siyasi iradə tələb olunur”.

Şərqi Azərbaycan valisinin iqtisadi məsələlər üzrə müavini əlavə edib ki, “Xudafərin” Dağlıq Qarabağın azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak üçün Azərbaycan Respublikası ərazisinə keçidi asanlaşdıracaq. “Bu baxımdan da Xudafərin gömrüyünün yenidən açılması zəruridir. Məntəqdən lazımi qurğuların, avadanlıqların və əşyaların köçürülməsi daha tez ola bilər”. 

Cahangiri sözünə davam edib: "Xudafərin gömrüyü tezliklə açılsa, hətta Türkiyə də daxil olmaqla, bölgə ölkələri İranın bu tranzit üstünlüyündən istifadə edərək mallar və xidmətlərini asanlıqla şimal istiqamətinə göndərə bilərlər. Ümumən bu məsələ Tehran, Bakı və Ankaranın maraqlarına xidmət edir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!