Xudatda avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

saytların hazırlanması

Evə çatdırılma

Xudatda avtomobil körpüdən aşdı: Xəsarət alanlar var

Hadisə

14 Dekabr 2024 16:43 450


Xudat şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, qəza Xudat şəhərində dəmir yolu üzərindəki körpüdə qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb.

Avtomobilin körpüdən aşması nəticəsində 4 nəfər xəsarət alıb. Sezar pizza

TƏBİB-dən verilən məlumata görə, dekabrın 14-də saat 09:00-da yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1987-ci il təvəllüdlü (kişi cinsli), 2013-cü il təvəllüdlü (kişi cinsli), 1979-cu il təvəllüdlü (kişi cinsli) və 2011-ci il təvəllüdlü (kişi cinsli) şəxslər Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslər tibb müəssisəsində müalicə almaqdan imtina ediblər.

Qəzaya səbəb kimi körpünün buz bağlaması göstərilir.

Faktla bağlı araşdırma gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!