Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən AÇIQLAMA

Kriminal

29 Aprel 2021 09:46 1702


Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

“Videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”. Dominos pizza

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.

Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!