Xuraman:  Anam məni döyürdü də. Hə, nə olsun?! - Video

saytların hazırlanması

Evə çatdırılma

Xuraman: Anam məni döyürdü də. Hə, nə olsun?! - Video

Şou

17 Oktyabr 2024 10:20 286


“Çoxlu toylar və "xına"lar edirik, orada qayınanalar və gəlinlərlə ünsiyyətdə oluruq. Düşünürəm ki, bir mətbəxdə bir xanım olmalıdır. Gənc ailələr ayrı yaşamalıdır. Əlbəttə, hər şey imkandan asılıdır. Amma nə qədər bacarırlarsa, ayrı yaşamalıdırlar. Bu həm yaşla, həm də başla əlaqəlidir”.

Yenisabvah.az olay-a istinadla xəbər verir ki, bunu Xuraman Şuşalı “Elgizlə izlə” verilişində deyib. 

Müğənni gəlindən ayrı yaşayan qayınanaların ağıllı addım atdığını bildirib: pizza hut

“Böyüyün məsləhəti və böyüyün sözünə baxmaq yaxşıdır. Amma böyük böyüklüyündə, kiçik kiçikliyində qalsın, ortadan pərdə götürülməsin. Bir yerdə yaşayanda anayla bala arasında da söz-söhbət olur. Bu, mənimlə anam aramsında da olub. Arada anam məni döyürdü də… Hə, nə olsun?! Anamdır da…

Elə bir ana var ki, uşağına çırtma belə vurmasın?! Amma uşaq səhv edəndə də onu başa salmaq lazımdır. Gəlinindən ayrı yaşayan qayınanalar çox ağıllı qadındırlar. Problemin varsa, özün həll et, uşağını özün saxla. Mən nə qədər toy aparmışam, amma qarşıma 2 qadın çıxıb ki, gəlinini öz qızı kimi sevib. İdeal qayınana və gəlin yoxdur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!