Xuraman: “Maşınımı kiməsə satıb özümü söydürə bilmərəm”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman: “Maşınımı kiməsə satıb özümü söydürə bilmərəm”

Şou

19 Sentyabr 2024 15:49 521


“Yanacaqdoldurma məntəqəsinə girmişəm, dedim ki, bakı doldurun. Qiyməti soruşdum, dedilər ki, 110 manat. Özü də “Aİ-92” istifadə edirəm. 4,2 matordur. Hamı deyir ki, maşını çoxdan sürürsən, niyə dəyişmirsən? Bu maşını məni aldadıb satıblar, kim alar bunu?”

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Instagram" səhifəsində yayımladığı videoaçıqlamasında deyib.

Avtomobilinin köhnə olduğunu bildirən sənətçi bu səbəbdən yanacağa çox pul xərclədiyini söyləyib: pizza sifarişi

“Bu maşın artıq ailə üzvlərimdən birinə çevrilib. Elə bil tank saxlayıram. 7 oturacaqlıdır. Sual verirlər ki, nömrəsini saxla, özünü sat. Aldanıb almışam, bunu heç kim almaz. Bunu kiməsə satıb özümü söydürə bilmərəm. Maşınımı sevirəm, ağ atımdır. Cızığı var, amma ağır qəza keçirtməmişəm. Allah ruzimi yetirsin, mən də benzini töküb sürüm. Satdıq söhbəti də bağlansın. Bu maşın bizə dözür, başqası dözməzdi. 2007-ci ildə almışam, amma az sürmüşəm. 25 dəfə rayona sürmüşəm. Maşını qarajda deyil açıq havada saxlayıram. Buna səbəb qarajda çox sayda dekorlarımın olmasıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!