Xuraman Şuşalı axtarışa çıxdı: “ Vəfasız sinifik!”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı axtarışa çıxdı: “ Vəfasız sinifik!”

Şou

29 May 2024 11:25 670


Müğənni Xuraman Şuşalı “Səni axtarıram” proqramında axtarışa çıxıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, ifaçı sinif yoldaşlarını tapmaq üçün verilişə gəlib:

“Sinif yoldaşlarımı axtarıram. Şuşada 4 saylı məktəbdə oxumuşam. Bəzilərini tapmışam, bəzilərini tapa bilmirik. 4B – Firəngiz müəllimin sinfi. Dünyasını dəyişib. 1992-ci ildə didərgin düşdük. Onda dördüncü sinifdə idim. Qızları tapa bilmirəm. Oğlanları tapmaq asandır. 31 il sonra görüşmək istəyirik, görüş günü də təyin etmişik. pizza

Bir də gimnaziyada birlikdə oxuduğum 11V-dəki dostlarımı axtarıram. Onları da 25 ildir görmürəm. Vəfasız sinifik, xahiş edirəm, toparlanağın!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!