Xuraman Şuşalı: “Boşanma həddinə çatmışdıq”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı: “Boşanma həddinə çatmışdıq”

Şou

20 Sentyabr 2025 13:53 2424


Müğənni Xuraman Şuşalı rejissor həyat yoldaşı Elçin Məmmədovun videolarına görə ona etiraz etməsindən danışıb. 

Yenisabah.az xəbər verir ki, sənətçi "Günə bax" verilişində bu haqda söz açıb. O bildirib ki, videolarına görə boşanma həddinə çatıblar:

"O, eləmə deyəndə xoşum gəlir. Onu məcbur çəkirəm, bundan xoşbəxt oluram. Bu barədə əməlli qırğınımız olub. Rayonda "çay verərsən?" məsələsini çəkmişdim. Dalaşdıq, dedim, boşanırıq. İlk dəfə idi dedi ki, hə boşanaq. Enerjili xanımam, pozitivəm, o isə sakitdir. 16 ildir ailəliyik, onu indi-indi rayona aparıram. O, evdə oturmağı, mən isə dağa, çaya getməyi sevirəm. Elçin məni öldürüb, pozitivlikdən əsər-əlamətim qalmayıb. O, istəmir, mən istəyirəm". pizza

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!