Xuraman Şuşalı gəlinlik paltarında dağa çıxdı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalı gəlinlik paltarında dağa çıxdı - Fotolar

Şou

09 Sentyabr 2020 12:06 1821


Müğənni Xuraman Şuşalı da istirahətə yollanıb. 

Yenisabah.az xəbər verir ki. bölgələrə yolların açılmasında istifadə edən ifaçı Qusara gedib. 

Ailəsi ilə birgə getdiyi gəzintidən fotoları sosial şəbəkə hesabında paylaşan Şuşalı "Axır ki, uşaqlar dağ havası uddu. 7 aydır evdə oturmuşuq, Allah köməyimiz olsun. Deyirlər, hansı iqlimdə göz açmısansa, insan o iqlimdə xoşbəxt olur. Mən də dağlarda olanda xoşbəxt oluram" – deyə şərh yazıb.  pizza sifarişi

Qeyd edək ki, bir müddət əvvəl saytımıza açıqlama verən ifaçı aylardır evdən çıxmadığını bildirmişdi: 

“Bu il isə heç yerə gedə bilmədik. Mənim də bir xasiyyətim var, qanun qanundur. Nə olur olsun, qanunu poza bilmirəm. Ona görə evdə qaldıq, inanın, heç həyətə də düşmürdük. Bu 6 ayda mənim övladlarım bəlkə beş dəfə həyətə düşüblər, ancaq balkonda olmuşuq. Biz karantini hədsiz pis keçirdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!