Bir müddət əvvəl doğulduğu Şuşa şəhərinə gedə bilmədiyi üçün gileylənən müğənni Xuraman Şuşalı hələ də doğma yurdunun həsrətindədir.
Yenisabah.az-a danışan ifaçı bunun üçün rəsmən müraciət etməli olduğunu bildirib:
“Hələ də Şuşaya getmək mənə qismət olmayıb. Bunun üçün özüm müraciət etməliyəm. Bir neçə yerdən maraqlandım, öyrəndiyimə görə, işğaldan azad olunan torpaqlara getmək üçün icazə lazımdır. Mən də müraciət etməmişəm, bilmədim hara və kimə üz tutum”. Dominos pizza
Vaxtilə Şuşadan valideynləri ilə birgə çıxmağa məcbur olan sənətçi doğma yurduna ailəsi ilə birgə dönmək istədiyini qeyd edib:
“Həm də doğma yurduma tək getmək getmək istəmirəm. Övladlarım, qardaş, bacımla getmək istəyirəm. Çünki mən Şuşadan çıxanda tək, anam və atamla çıxmışam. İndi də valideynlərimin heç biri yoxdur və tək getmək mənə ağır gəlir. Bir övlad olaraq istəyirəm ki, qardaşım, bacım da yanımda olsun. İnşallah, tezliklə getmək qismət olar. İndi Şuşa duman içindədir. Mahnıda da deyildiyi kimi, “Şuşanın dağları başı dumanlı”. Allah qismət eləsin, tez bir zamanda mən də gedim”.
Əsmətxanım
Telegram kanalımız