Xuraman Şuşalının 100 minlik ev problemi:   “Səs-soraq çıxmadı”

saytların hazırlanması

Evə çatdırılma

Xuraman Şuşalının 100 minlik ev problemi: “Səs-soraq çıxmadı”

Şou

26 Sentyabr 2020 11:50 2001


Xəbər verdiyimiz kimi müğənni Xuraman Şuşalı bir müddət əvvəl yeni tikdirdiyi villasını satışa çıxarıb. 

O, pandemiya ilə əlaqədar maddi səbəblərdən dolayı evi satmaq məcburiyyətində qalıb. 

Yenisabah.az-a danışan müğənni 100 min manat qiymət qoyduğu evini hələ də sata bilmədiyini deyib: pizza sifarişi

"Hələ sata bilməmişik. O gün bir nəfər müştəri çıxdı, getdi evə baxdı, ondan da səs-soraq çıxmadı. Hələ ki, bir irəliləyiş yoxdur. Xeyirlisini Allahdan diləyirəm, təki hamıya Allah ruzi yetirsin. Düşünürəm ki, evin satılmamağı pandemiya ilə əlaqəlidir, çünki çox adamda pul yoxdur. Bizdə necə çətin vəziyyətdirsə, hamıda da elədir".

Xatırladaq ki, Qaraçuxurda yerləşən yarımçıq tikili üçün sənətçi 100 min manat xərcləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!