Xüsusi karantin rejimi - Hansı qadağa və məhdudiyyətlər var? - Video

saytların hazırlanması

Evə çatdırılma

Xüsusi karantin rejimi - Hansı qadağa və məhdudiyyətlər var? - Video

Sosial

25 Mart 2020 09:39 1217


Koronavirus pandemiyası bütün dünyanı demək olar ki, cənginə alıb. Koronavirusun ölkəmizdə kütləvi yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə ölkəmizdə xüsusi karantin rejimi tətbiq edildi.

Karantin italyan sözü olub mənası 40 gün deməkdir. Tarixdə ilk dəfə karantin İtaliyada xaricdən gələn gəmilər üçün taun əleyhinə tətbiq edilib. Belə ki, gəmilər limanda 40 gün karantində saxlandıqdan sonra yüklərin ölkəyə buraxılmasına icazə verilib.

Ötən gündən Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən tətbiq edilən karantin rejiminin əsas məqsədi insanları evə təcrid etmək və xəstəliklərdən uzaq tutmaqdır. pizza hut

Karantin rejimi epidemiya əleyhinə tədbirlər və bu tədbirləri nizamlayan kompleks sistemdir ki, burda məhdudlaşdırmalar nəzərdə tutulub. Xüsusən də insanların bir-biri ilə yaxın təmasının məhdudlaşdırılmasına diqqət yetirilir.

Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, karantin rejimin pozulmasına görə məsuliyyət nəzərdə tutulur və bu məsələdə hər hansı güzəştdən söhbət belə gedə bilməz.

Azərbaycan Konstutusiyasına edilən son dəyişikliklərə görə karantin rejimi ağılabatanlıq prinsipi əsasında tətbiq edilir. Belə ki, Qaydalar ağlabatan, məhdudlaşmalar konkret məqsədə uyğun olmalıdır.

Karantin rejimindən sonra ən ağırlaşdırıcı hal Fövqəladə vəziyyətdir ki, bu isə daha irihəcmli tədbirlər kompleksidir və konstitsuiyanın 112-ci maddəsinə əsasən fövqəladə vəziyyət dövlət başçısı tərəfindən elan edilir.

ATV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!