Bu gün Vyanada münasibətlərin normallaşdırılması üçün Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın ikinci görüşü baş tutub.
Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər danışıqların yekun məqsədinin Moskvada keçirilən ilk görüşdə razılaşdırılan Ermənistan və Türkiyə münasibətlərinin tam nizamlanması olduğunu, bu istiqamətdə konkret mümkün addımlar barədə fikir mübadiləsi aparıb, prosesin ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılıqlarını təsdiqləyiblər. Sezar pizza
Telegram kanalımız