“Xüsusi təyinatlı qruplar düşmən mövqelərinin dərinliklərinə endirilib” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Xüsusi təyinatlı qruplar düşmən mövqelərinin dərinliklərinə endirilib” - Video

Rəsmi

27 May 2021 19:49 2062


Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyatı üzrə birləşmə və hissələrində başlayan komanda-qərargah təlimi bölmələrin döyüş tapşırığına uyğun və şəxsi heyətin çöl vərdişlərinin təkmilləşdirilməsi məqsədilə davam edir.

Yenisabah.az xəbər verir ki, komanda-qərargah təliminin planına uyğun olaraq növbəti mərhələdə dağlıq və çətin relyefli əraziyə taktiki desant endirilib.

Helikopterlərlə düşmən mövqelərinin dərinliklərinə endirilən xüsusi təyinatlı diversiya-kəşfiyyat qrupları çətin relyefli ərazilərdən, sıldırım dağ aşırımlarından keçməklə döyüş fəaliyyətini icra ediblər. Toyuqlu pizza

Təlimdə döyüş şəraitinə maksimum yaxınlaşdırılmış vəziyyətdə bölmələrin döyüş uzlaşması aparılıb. Birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tabor taktiki qrupları şərti düşmənin ön xətdə və yaxın dərinlikdə yerləşən bölmələrinin məhv edilməsi üzrə taktiki fəaliyyətləri yerinə yetiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!