“Xüsusi təyinatlıların hamısı idmançıdır. Onların hansına pis demək olar?”

saytların hazırlanması

Evə çatdırılma

“Xüsusi təyinatlıların hamısı idmançıdır. Onların hansına pis demək olar?”

İdman

18 May 2024 13:33 1717


Siyasi fəal Natiq Mehdinin qətlə yetirilməsi böyük ajiotaja səbəb oldu. Bu cinayətdə diqqətçəkən əsas məqam qətli törətməkdə şübhəli bilinən Elsevər İslamovun keçmiş idmançı olmasıdır. 60 yaşlı Natiq Mehdinin dəhşətli qətli ictimai diqqəti yenidən idmançılara və onların bu kateqoriyadan olan əməllərinə yönəltdi. 

Qeyd edək ki, son illər analoji qətllərin sayı xeyli artıb. 

İdmançıları öz güclərini sadə insanların üzərində sınamağa vadar edən nədir? Niyə bəzi idmançılarımız ekstremal situasiyalarda əsəblərini cilovlaya bilmirlər?  Dominos pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sambo üzrə beynəlxalq dərəcəli idman ustası Azad Məmmədov bildirib ki, bu məsələdə ümumi yanaşmaq düzgün deyil: 

“Bunu bütün idmançılara şamil etmək düzgün deyil. Əsl idmançı özündən zəif idmançıya, insana güc göstərməz. Görünür, bu hadisəni törədən adam peşəkarlıqdan uzaq olub. Əsl idmançı himanist, vətənpərvər, ailəcanlı olmalıdır. İdman zalına girsəniz, görərsiniz ki, 1 ay idman edən gənclə, illərdi idmanla peşəkar məşğul olan adam arasında dağlar qədər fərq var. İdmançı öz gücündən yarışlarda ölkə, millət üçün istifadə etməlidir. Bu prizmadan yanaşanda zorakılıq və qəddarlıq kimi faktorları bütün idmançılara aid etmək düzgün deyil”. 

İdman ustası belə əməllər törədənlərin ümumiyyətlə idmançı adlandırılmasını doğru hesab etmir: 

“44 günlük Vətən Müharibəsində iştirak etmiş xüsusi təyinatlıların demək olar ki, hamısı xüsusi təlim görmüş idmançılardır. Onların hansına pis demək olar? Ancaq indi kimsə 1-2 gün, 1 ay, 1 il idman edib kiminsə həyatına qəsd edirsə, o, ümumiyyətlə idmançı deyil. Əsl idmançı odur ki, dövlət bayrağımızı dünyanın müxtəlif ölkələrində zirvələrə qaldırsın. Bu məsələ ilə bağlı mənim yanaşmam belədir, düşünürəm ki, peşəkarlığına güvənən hər bir idmançı da mənimlə razılaşar”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!