Yanğında xəsarət alan nənə və nəvə Bakıya gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Yanğında xəsarət alan nənə və nəvə Bakıya gətirildi

Sosial

02 Oktyabr 2025 11:11 246


Ağdam rayonunda baş verən yanğında xəsarət alan nənə və nəvə Bakıda xəstəxanaya yerləşdirilib.

Yenisabah.az report-a istinadla xəbər verir ki, Quzanlı qəsəbəsində gecə saatlarında fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova və 2013-cü il təvəllüdlü Nəzrin İsmayılova Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Müayinə zamanı Z.İsmayılovaya hər iki yuxarı ətrafın, hər iki bazu ilə hər iki əlin 1-ci və 2-ci dərəcəli texniki yanığı, N.İsmayılovaya isə üzün hər iki yuxarı ətrafının 1-ci dərəcəli texniki yanığı diaqnozu qoyulub. pizza hut

Dərhal ilkin tibbi yardım göstərildikdən sonra onlar Bakı şəhəri 5 nömrəli Şəhər Klinik Xəstəxanasına göndərilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!