“Ya real danışıqlar, ya da müharibə!” - QAT sədri

saytların hazırlanması

Evə çatdırılma

“Ya real danışıqlar, ya da müharibə!” - QAT sədri

Siyasət

30 Mart 2019 17:42 908


“Vyana danışıqları gözlədiyimizdən də pis bitdi. Bu cür danışıqlar yalnız Ermənistanın maraqlarına xidmət edir”.

“Yeni Sabah”ın məlumatına görə, bunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. O qeyd edib ki, Ermənistan yenidən mənasız danışıqların davam etdirilməsinə nail ola bildi:

“Ümumiyyətlə , heç bir təcavüzün , işğalın nəticələri danışıqlar yolu ilə aradan qaldırılmayıb. Ona görə həmişə danışıqların əleyhinə olmuşuq, zaman da biz deyənləri təsdiq edib. Danışıqlara şərti olaraq o vaxt razı ola bilərik ki, onun əsas mövzusu Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal  nəticələrinin aradan qaldırılması olsun. Yalnız o halda cüzi də olsa nəyəsə ümid etmək olar. Amma 1992-ci ildən danışıqların əsas mövzusu Dağlıq Qarabağdakı bir ovuc erməninin statusu məsələsidi , ona görə də bu danışıqlardan heç bir nəticə gözləyə bilmərik”. pizza sifarişi

A.Nağı bildirib ki, Azərbaycan danışıqlarda birmənalı şəkildə işğal olunmuş ərazilərin azad olunması məsələsini qoymalı , bu məsələ müzakirə olunmayan danışıqlarda iştirak etməməlidir: “Biz Azərbaycan rəhbərliyindən bu mövqeni gözləyirik. Yoxsa formatın dəyişmədiyini uğur kimi qələmə verməyə başlayıblar. Bu cür yanlışlıqlardan qurtulmaq lazımdır. Ya real danışıqlar , ya da müharibə!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!