Yadigar Sadıqlıdan Müsavat Partiyasına ittiham

saytların hazırlanması

Evə çatdırılma

Yadigar Sadıqlıdan Müsavat Partiyasına ittiham

Siyasət

16 Dekabr 2019 14:48 1303


“Müsavat Partiyasının indiki rəhbərliyinin mənim namizədliyimi dəstəkləməyəcəyini bilirdim. Onlar mənimlə əlaqə saxlamadılar, mən də müraciət etmədim”.

“Yeni Sabah” xəbər verir ki, bunu Müsavat Partiyası başqanının sabiq müavini, partiyanın başqan seçkilərində namizəd olan Yadigar Sadıqlı "Facebook" statusunda yazıb.

O bildirib ki, boş yerə vaxt itirməmək üçün, hələ dekabrın 12-də 73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyasına ərizə ilə müraciət edərək öz təşəbbüsü ilə müstəqil şəkildə deputatlığa namizədliyini irəli sürüb: Dominos pizza

“Amma bunu heç kəsə bildirməmişdim ki, günah mənim üzərimdə qalmasın. "Biz irəli sürəcəkdik, amma özü sürdü" deməsinlər. Sabah imza vərəqələrini götürməliyəm".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!