Yadplanetlilərə bənzəmək üçün əməliyyat keçirdi, bu hala düşdü   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Yadplanetlilərə bənzəmək üçün əməliyyat keçirdi, bu hala düşdü - Fotolar

Maraqlı

27 Avqust 2022 11:44 1506


Entoni Loffredo adlı fransız oğlan özünü yadplanetlilərə bənzətmək üçün saysız hesabsız əməliyyat keçirsə də, hazırda buna görə hər sahədə problem yaşadığından gileylənir.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, o, burnunu kəsdirərək yalnız burun deşiklərini saxlayıb, qulaqlarını amputasiya etdirib, bütün bədənini tatu ilə örtüb, dərisinin altına çox sayta implantlar yerləşdirib.

O, gözünün içinə də tatu etdirib və buynuz qoydurub. Sezar pizza

Entoni “Ladbible” jurnalına verdiyi müsahibəsində bildirib ki, bu addımı ona baha başa gəlib və iş tapa bilmir:

“Tez- tez tənqidlərə məruz qalıram. İnsanlar məni dəli hesab edir. Çoxları məndən qorxur, məni işə götürmürlər. Küçədə gəzərkən uşaqlardan və qocalardan uzaq durmağa çalışıram ki, qorxmasınlar və ya mənə hücum etməsinlər. Əslinə baxanda, mənim həyatım insanlarla mübarizədən ibarətdir.

Bu görünüşdə olmaq məni sevindirir, lakin heç kim mənə iş vermək istəmir, axı mən ailə sahibiyəm, ailəmi yaşatmaq üçün işləməliyəm”. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!