Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Yağ qabından gitara düzəldən Natiqi, Acun Ilıcalının şirkəti yarışmaya çağırdı

Şou

05 Fevral 2025 15:37 354


Yağ qabından gitara düzəldən Natiq Meybullayevi, Acun Ilıcalının media şirkəti yarışmaya dəvət edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "AStar" layihəsində bildirilib. 38 yaşlı Natiq düzəltdiyi gitarda mahnı ifa edərək Tiktok sosial platformasında paylaşıb.

Video qısa müddətdə viral olub.  pizza mizza

Natiq bildirib ki, videosunun bu qədər marağa səbəb olacağını gözləmirmiş. O düzəltdiyi musiqi alətini satın almaq istəyənlərin olduğunu da bildirib. Almaniya, Fransa, Kanadadan Natiqə yazanlar və zəng edənlər olur. 

O yaxın zamanlarda "Acun media" şirkətinin dəvəti ilə Türkiyəyə yollanacaq. Natiq "Yetenek sizsiniz" yarışmasında öz məharətini göstərəcək./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!