Yağış yağacaq

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağacaq

Sosial

31 Oktyabr 2019 10:01 1306


Noyabrın 1-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeni Sabah"a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə  isti təşkil edəcək. 

Atmosfer  təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.    Sezar pizza

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-12, gündüz 15-19, dağlarda gecə 2-5, gündüz 6-9 dərəcə isti təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!