Yağış yağdı, Sumqayıt-Bakı qatarı xarab oldu

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağdı, Sumqayıt-Bakı qatarı xarab oldu

Sosial

09 Avqust 2019 07:55 1122


Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

"Yeni Sabah" xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb. Sezar pizza

Sosial şəbəkələrdə vətəndaşların paylaşdığı məlumata görə isə 08:40 qatarı ümumiyyətlə ləğv olunub. Üstəlik qatarın ləğv ediləcəyi ilə bağlı öncədən heç bir xəbərdarlıq edilməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!