Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Yağış yağıb, külək güclənib - FAKTİKİ HAVA

Sosial

14 İyun 2025 10:16 333


Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Yenisabah.az xəbər verir ki, iyunun 14-ü saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.

Düşən yağıntının miqdarı Şəkidə 22, Ağstafa və Zaqatalada 21, Sarıbaşda (Qax) 14, Şəmkirdə 9, Bərdədə 6, Balakəndə 5, Gəncə, Goranboy, Tovuz və Gədəbəydə 4, Daşkəsən və Göygöldə 2, Mingəçevir, Yevlax, Şahdağ, Ceyrançöl, Naftalan, Şahbuz, Ordubad və Qəbələdə 1 mm-dir. Sezar pizza

İyunun 13-də 20:50 radələrində Ağstafa rayonunun Köçəsgər kəndinə xırda dolu düşüb.

Bəzi yerlərdə qərb küləyi əsir, Şəkidə 25, Naftalanda 22, Balakən, Oğuz, Xınalıqda 20, Tərtər, Mingəçevirdə 18, Culfada 16, Zaqatalada 15 m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti qeydə alınır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!