Yağışın fəsadları: Bakının bəzi yollarında məhdudiyyətlər var

saytların hazırlanması

Evə çatdırılma

Yağışın fəsadları: Bakının bəzi yollarında məhdudiyyətlər var

Sosial

16 Aprel 2025 08:57 241


Bakı ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi yollarda nəqliyyatın hərəkəti çətinləşdiyindən məhdudiyyətlər tətbiq edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Heydər Əliyev prospekti, "Bağırov" tuneli, mərkəz istiqamətində tunelə yağış sularının yığılması səbəbindən nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub.  Dördpendirli pizza

Bundan başqa, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsi  və Aeroport şosesi, Hava Limanının yaxınlığından mərkəz istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Vurğulanıb ki, hazırda polis əməkdaşları tərəfindən yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!