Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Yalan məlumat verib küçəyə çıxanlar cəzalandırılacaq

Sosial

02 Aprel 2020 21:06 603


Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Məlumata görə, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcəkdir. Dominos pizza

Qeyd edək ki, aprelin 5-dən 20-dək ölkə ərazisində hərəkət məhdudlaşdırılır. Vətəndaşlar yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS göndərməlidirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!