“Rusiya prezidenti V.Putin və Fransa dövlət başçısı E. Makronun telefonla danışaraq Liviya, Şərqi Avropada vəziyyət və geosiyasi prosesləri müzkirə edəcəyi deyilir. Hər iki dövlətin Suriya, Liviya və Şərqi Avropda maraqları toqquşsa da, bəzən Makron və Putin anlaşa bilir. Əsasən, Makronun Putinə müyyən rəğbəti iki ölkənin ortaq mövqe sərgiləməsinə gətirib çıxarır. Hətta Fransa Rusiyaya qarşı sanksiyaların götürülməsində maraqlı tərəfdir”.
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, hər iki dövlət başçısının telefon danışığı təsadüfi deyil: Marqarita pizza
“Liviyada hər iki dövlət üsyançı Həftərə dəstək verir. Bir neçə gün bundan əvvəl Aralıq dənizində Fransa gəmilərinin Türkiyə gəmilərinə qarşı provakasiyaları, Həftərin məğlub olması, Parisin hərəkət etməsinə gətirib çıxarıb. Görünür, Makron Rusiya prezidenti ilə danışıqlarda Liviyada yenidən ortaya mövqe qoyub Türkiyənin sıxışdırlaması istiqamətində yenidən fəaliyyətə keçə bilər. Əlbəttə ki, Ankara Fransa və Rusiyanın dəstək verməsinə baxmayaraq, istənilən ssenaridə Həftər qüvvələrini məğlub edərək, Liviyada əsas güc olacaq. Göründüyü kimi, Liviya məsələsində ortaq mövqeyə gəlib münaqişlərin həllində birgə çıxış edən Rusiya və Fransa Qarabağ münaqişəsinin həllində Minsk qrupunun həmsdər dövlətləridir. Hər iki ölkə başçısının məlum telefon danışıqlarında Qarabağ məsələsinin müzakirə ediləcəyi gözlənilmir. Heç tərəflər bunda maraqlı deyillər. Baxmayaraq ki, hüquqi cəhətdən hər iki dövlət münaqişənin həllində vasitəçidir və həll prosesinə dəstək verməlidir. Amma hər iki dövlət özlərinə aid olmayan və beynəlxalq hüquqa zidd olaraq Liviyada üsyançıları dəstəkləyir və burada sülhə zərbə vururlar”.
Ekspert vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsdər dövlətləri Qarabağ konfliktini unudub kimi davaranırlar:
“Ona görə də Azərbaycan tərəfi Qarabağ məsələsində diplomatik danışıqlardan daha da təsirli hərbi təzyiqlərə əl atmalıdır. Rusiya, Fransa və digər ölkələrin nəzərini münaqişənin həllinə yönləndirə bilər. Postpandemiya dövründə Azərbaycan yalnız güc yolu ilə münaqişənin həllini müstəviyə gətirməlidir. Diplomatik danışıqlar effektsiz və səmərəsiz olacaq. Bir məsələni qeyd edim ki, prezident İlham Əliyev ordunu kifayət qədər gücləndirib. Həm texnika baxımından, həmdə ideloji cəhətdən ordu ərazilərin işğaldan azad olunmasına hazır vəziyyətdədir”.
Telegram kanalımız