Yamal azarkeşlərə vəd verdi

saytların hazırlanması

Evə çatdırılma

Yamal azarkeşlərə vəd verdi

İdman

07 May 2025 11:53 402


"Barselona"nın hücumçusu Lamin Yamal Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "İnter"ə məğlubiyyətdən (3:4) sonra fikirlərini bölüşüb.

Yenisabah.az Marca-ya istinadla xəbər verir ki, ispaniyalı futbolçu azarkeşlərə komandanı yüksək səviyyəyə qaytaracağına and içib:

"Əlimizdən gələni etdik. Bu il alınmadı, amma geri qayıdacağıq. Buna heç bir şübhəniz olmasın. "Barselona"nı aid olduğu yerə - ən zirvəyə qaytarana qədər dayanmayacağıq. Sözümü tutacaq və Çempionlar Liqasının kubokunu Barselonaya gətirəcəyəm. Buna nail olana qədər dayanmayacağıq". Dördpendirli pizza

Xatırladaq ki, "Barselona" öz meydanında 3:3 hesablı heç-heçə etdiyi "İnter"ə Milanda uduzaraq (3:4) Çempionlar Liqası ilə vidalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!