Lamin Yamal İspaniya çempionatının qalibi olmaq baxımından "Real"ın keçmiş hücumçusu Kriştiano Ronaldoya çatıb.
Yenisabah.az xəbər verir ki, La Liqanın 36-cı turunda "Espanyol"a qalib gələn "Barselona" son 2 tur qalmış çempionluğu rəsmiləşdirib.
17 yaşlı Yamal çempionuqların sayına görə məşhur hücumçu Kriştiano Ronaldo ilə bərabərdir. Onların hər ikisi 2 dəfə La Liqanın qalibi olublar. Dominos pizza
Portuqaliyalı futbolçu 2011/2012 və 2016/2017 mövsümündə İspaniya çempionu olub. Yamal isə 2022/2023 və 2024/2025 mövsümündə La Liqa kubokunu qazanıb.
Ronaldo La Liqada 292 matçda iştirak edib, 311 qol vurub və 95 məhsuldar ötürmə verib. Öz növbəsində, Lamin La Liqada 70 oyun keçirib, 13 qol vurub və 22 qolun ötürməsini edib.
Qeyd edək ki, Ronaldo 2018-ci ildə "Real"dan ayrılıb.
Telegram kanalımız