Nigeriyanın Benue əyalətindəki Oşiqbudu ərazisində yanacaq tankerinin aşması nəticəsində partlayış baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib. Tankerdəki neftin yerə töküldüyü və alovların ətrafa yayıldığı qeyd edilib. Yanğında 50 evə ziyan dəyib.
Xatırladaq ki, 2019-cu ilin iyul ayında həmin bölgədə tanker aşması nəticəsində baş verən partlayış 45 nəfər ölüb, 100 nəfər yaralanmışdı. Sezar pizza
Telegram kanalımız