Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Yanacaqdoldurma məntəqələrinə saxta pul verən şəxs tutuldu 

Kriminal

01 Noyabr 2021 13:41 690


Qobustan Rayon Polis Şöbəsinə (RPŞ) oktyabrın 29-da şəhər ərazisində yerləşən iki yanacaqdoldurma məntəqəsində yanacaq müqabilində saxta əsginas verilməsi barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin gün gecə saat 03:00 radələrində avtomobillə yanacaqdoldurma məntəqələrinə gələn sürücü birinci məntəqədə operatora 15 manat dəyərində yanacaq müqabilində 200 manatlıq əsginas verərək 185 manat, ikinci məntəqədə isə 20 manat dəyərində yanacaq müqabilində 100 manatlıq əsginas verərək 80 manat geri alıb.

Sonradan həmin əsginasların saxta olması aşkar olunub.  Pepperoni pizza

Qobustan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Salayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!