Yanan villa tanınmış həkimə məxsus imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Yanan villa tanınmış həkimə məxsus imiş - FOTO

Hadisə

19 Avqust 2024 10:27 1261


Xəbər verdiyimiz kimi, avqustun 18-i Masallı rayonunda ikimərtəbəli ev yanıb.

“Yeni Sabah” Unikal-a istinadla xəbər verir ki, yanan ev rayonun tanınmış həkimi 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus olub.

O, Masallı rayon RMX-nin həkim-baş terapevti, tibb üzrə fəlsəfə doktorudur (kardiologiya). Dominos pizza

Qeyd edək ki, hadisə vaxtı ümumi sahəsi 216 kv olan evin mansard (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!