İstanbulda maraqlı hadisə baş verib.
Yenisabah.az “Haberler”ə istinadla xəbər verir ki, İstanbulun Sultanqazi rayonunda qadınların sac üzərində çörək bişirməsindən sonra ətrafa yayılan tüstü ətrafdakı vətəndaşlar tərəfindən yanğınla səhv salınandan sonra gülüş doğuran görüntülər ortaya çıxıb.
Vətəndaşların yanğın xəbərdarlığı üzərinə ünvana gedən yanğınsöndürənlər yağlı çörək alaraq geri dönüb. Toyuqlu pizza
Çörək bişirən qadınlardan biri olan Ayşe Kayanın sözlərinə görə, o yanğınsöndürənlərin gəlməsindən şoka düşüb:
"Qonşularımızla çörək bişirmək istədik və dedik ki, 2 sac düzəldək. Yanğınsöndürənləri kim çağırıb, heç bilmədim”
Məlumatın əsassız olduğu aydınlaşsa da, hadisə anı kameraya əks olunub. Kadrlarda çörək bişirən qadının hadisə yerinə gələn yanğınsöndürənlərə yağlı çörək təklif etdiyi və daha sonra polis əməkdaşının təəccübü nəticəsində gülümsəyərək foto çəkdirdiyi görünür.
Telegram kanalımız