Yanğın sönürüldü –   Eldar Əzizovdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Yanğın sönürüldü – Eldar Əzizovdan açıqlama

Sosial

23 İyun 2019 09:14 1404


Bakının Nizami rayonu ərazisində yerləşən "X-Lady" mağazasında baş verən yanğın söndürülüb.

Hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

Eldar Əzizov mətbuata açıqlamasında bildirib ki, yanğının baş vermə səbəbləri araşdırılacaq: "Heç bir ölkə belə hadisələrdən sığortalanmayıb. Nizami rayonunun paytaxtın digər rayonlarından fərqi burada ticarət obyektləri baxımından sıxlığın yüksək olmasıdır. Ona görə də gələcəkdə belə hadisələrdən sığortalanmaq üçün bu istiqamətdə lazımi işlər görülür. Yanğının baş vermə səbəbləri obyektiv qaydada araşdırılacaq". (Musavat.com) pizza mizza

"Yeni Sabah" xəbər verir ki, hazırda yanğın tamam söndürülüb. Hadisə əsasən "İzabel" Ayaqqabı Mağazasının və "X - Lady" mağazasının sonuncu mərtəbəsində baş verib. 

***

İlkin ehtimala görə, hadisənin qısaqapanma nəticəsində baş verdiyi güman edilir.

Əsmər Qabil

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!