“Yanğın təhlükəsizliyinə cavabdeh vəzifəli şəxslərdir“ - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Yanğın təhlükəsizliyinə cavabdeh vəzifəli şəxslərdir“ - Açıqlama

Sosial

27 Mart 2019 16:27 1744


“Dünən baş verən dəhşətli yanğın onu göstərir ki, ticarət mərkəzləri öz təhlükəsizlik məsələlərinə bir daha nəzər yetirməlidir. Yanğın təhlükəsizliyinə dair texniki bazanın normalara uyğun olmasına, siqnalizasiya sisteminin, yanğın datçikləri, dolablarının, yanğın hidrantları, yanğınsöndürən balonların, ehtiyat çıxışın, təxliyyə planının və şərti işarələrin, yanğın su çəninin olması və daim işlək və saz vəziyyətdə saxlanılmasına nəzarət etməlidir”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. Onun sözlərinə görə, ticarət mərkəzində işçilərdən ibarət yanğın qruplarının fəaliyyət göstərməsi yaxşı haldır:

“Ticarət mərkəzində işçilərdən ibarət yanğın qrupları fəaliyyət göstərməsi fövqaladə vəziyətdə yanğın söndürmə və xilasetmə qrupu gələnə qədər vəziyyətə nəzarət edər və həm insanların təhlükəsiz təxliyyə edilməsinə, həm də yanğının vəziyyətə uyğun söndürülməsinə kömək edər. Belə ticarət mərkəzlərində , insanların çox olduğu məkanlarda yanğın təhlükəsizliyinə cavabdeh vəzifəli şəxslər olur. Onlar mərkəzdə yanğın təhlükəsizliyinə aid nə pozuntu olarsa araşdırma aparır, rəhbərliyə məlumat verir və aradan qaldırılmasına çalışır.Təbii ki, gərək yanğın müfəttişinin verdiyi təkliflərə mərkəzin rəhbərliyi də ciddi reaksiya versin. Bütün bunlarda ən maraqlı ticarət mərkəzinin rəhbərliyi olmalıdır. Mərkəzin tikintisindən tutmuş sonrakı təyinatına qədər bütün təhlükəsizlik tədbirləri nəzərə alınmalıdır. Bina fasadının asan yanan materiallardan olması , içəridə satılan mal-materialın məişət cihazları, geyim, elektronika və tikinti materialları olması ani bir qığılcımda necə böyük yanğına səbəb ola bilər. Ona görə ticarət mərkəzi özü yanğın təhlükəsizliyi qaydalarına, binanın yanğın təhlükəsizliyinə dair standartlara cavab verməsinə əmin olmalıdır və orada olan icarədarlardan da yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsini tələb etməlidir”.  Sezar pizza

Ekspert bildirib ki, yeni tikilən ticarət məkanlarında bu qaydalara riayət olunduğu görünsədə  əslində belə deyil:

“Ticarət mərkəzinin içərisində xüsusi ayrılmamış yerdə siqaret çəkəndən tutmuş , kustar üsulla düzəldilmiş elektrik , qaz cihazları ilə yemək çay qızdıranlara qədər rast gəlmək olar. Bu da öz növbəsində yanğın təhlükəsi yaradan amillərdir. Peşəkar şəxslərə etibar edib obyektin təhlükəsizliyini təmin etməklə baş verə biləcək faciələrdən qorunmaq olar. Bütün ticarət mərkəzlərində ehtiyat çıxış var, yanğınsöndürmə balonları tam, yaxud qismən vardır. Lakin ümumi yanğın təhlükəsizliyi hansı səviyyədədir, buna necə nəzarət edilir, bu artıq obyektə görə dəyişir. Elə yer var yüksək səviyyədə edir, digərləri isə ciddi yanaşmır”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!