Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar (Q.Qarayev prospektinin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsinədək olan hissəsində) nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam etdiyindən sabah da həmin ərazidən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar dəyişlmiş sxem üzrə hərəkət edəcəklər.
“Yeni Sabah” xəbər verir ki, BNA-nın yaydığı məlumata görə, sabah gün ərzində Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobusların fasiləsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün zəruri addımlar atılmaqdadır.
Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntelektul İdarəetmə Mərkəzi tərəfindən Qara Qarayev prospektində ictimai nəqliyyatın, eləcə də digər nəqliyyat vasitələrinin hərəkətinin təmin edilməsi üçün zəruri tədbirlər görülməkdədir. Hadisə ərazisinə yaxın ətraf küçə və prospektlərdə nəqliyyatın hərəkətində sxılığın yaranmaması üçün əhalidən həmin istiqamətdə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri tövsiyyə edilir. Sezar pizza
Xatırladaq ki, məhdudiyyətin davam etdiyi müddətdə Qara Qarayev prospektindən keçən müntəzəm marşrut xətti üzrə avtobuslar Bəkir Çobanzadə, Məhsəti Gəncəvi küçələrindən keçməklə hərəkət edib.
Telegram kanalımız