“Yanğında 16 nəfər ölüb” iddiası: Prokurorluq məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

“Yanğında 16 nəfər ölüb” iddiası: Prokurorluq məlumat yaydı

Hadisə

16 Yanvar 2024 17:24 1136


Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır. Marqarita pizza

Axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər 9 nəfərin meyiti taparaq aidiyyəti üzrə təhvil veriblər.

Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və media səhifələrində yayılmış həmin məlumatları təkzib edərək rəsmi qurumla dəqiqləşdirilməmiş yalan və qərəzli məlumatları yaymamağı, bu qəbildən olan məlumatları paylaşan media nümayəndələri barəsində ciddi tədbirlər görüləcəyini diqqətə çatdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!