Yanğında ölən 25 yaşlı dünya çempionunun FOTOsu

saytların hazırlanması

Evə çatdırılma

Yanğında ölən 25 yaşlı dünya çempionunun FOTOsu

Hadisə

27 Mart 2025 20:47 385


Uludağda hoteldə baş vermiş yanğında ölənlərdən biri Türkiyə idmançısı, xizək alpinizmi üzrə dünya çempionu Berkin Ustadır.

“Yeni Sabah” Metbuat.az-a istinadən xəbər verir ki, bu gün baş verən yanğın zamanı hoteldə 12 nəfər olub.

Doqquz nəfər xəsarət almadan hoteli tərk edib. Digər üç nəfər xəstəxanaya yerləşdirilsə də, onların həyatını xilas etmək mümkün olmayıb. Dördpendirli pizza

Yanğın zamanı Berkin Usta ilə birlikdə onun valideynləri də həyatlarını itiriblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o 29 may 2000-ci ildə Bursada anadan olub. Berkin Usta İstanbul Bilgi Universitetində Beynəlxalq Ticarət və Biznes Departamentində təhsilini davam etdirirdi.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!