Yanğında xəsarət alan Ləmanla bağlı açıqlama: “Həkimlər məlumat verə bilmir...”

saytların hazırlanması

Evə çatdırılma

Yanğında xəsarət alan Ləmanla bağlı açıqlama: “Həkimlər məlumat verə bilmir...”

Sosial

27 Noyabr 2025 18:40 884


Yasamaldakı güclü yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Hümbətovanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Yeni Sabah”a jurnalist Fuad Cəfərov məlumat verib. Bildirib ki, onun süni nəfəs aparatından ayrılma vaxtı hələlik məlum deyil:

“Ləman komada deyil, sadəcə bədənin sakitləşməsi üçün yatızdırılır. Beyinlə bağlı müalicələr isə hələ başlamayıb, çünki bu prosedurlar süni nəfəs aparatından ayrıldıqdan sonra həyata keçiriləcək. Hazırda vəziyyəti ağır-stabil olaraq qalır”. Pepperoni pizza

Yeni Klinikadan isə bildirilib ki, həkimlər hələ ki, geniş bir məlumat verə bilmir. Çünki onun vəziyyəti ağır stabil olaraq qalır. 

Qeyd edək ki, Yasamal rayonunda baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb. Hadisə nəticəsində Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli də həyatını itirib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!