Yanğınla əlaqədar nəqliyyatın hərəkətində son vəziyyət - BNA

saytların hazırlanması

Evə çatdırılma

Yanğınla əlaqədar nəqliyyatın hərəkətində son vəziyyət - BNA

Sosial

26 Mart 2019 15:05 768


Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğınla əlaqədar sözügedən istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev "Yeni Sabah"a bildirib ki, hazırda Dakar dairəsində hərəkət normaldı. Müntəzəm marşrut xətti üzrə avtobuslar və digər nəqliyyat vasitələri rahatlıqla dairəyə daxil olaraq hərəkətlərini davam etdirirlər. Həmçinin Q.Qarayev prospekti B.Nuriyev küçəsi kəsişməsinədək yolda da hərəkət normaldır.

Qeyd edək ki, Dakar dairəsindən metronun Q.Qarayev istiqamətində avtobuslar marşrut xətti üzrə fəaliyyət göstərirlər. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!