Yanğınların baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edildi

saytların hazırlanması

Evə çatdırılma

Yanğınların baş verdiyi rayonlar təbii fəlakət bölgəsi elan edildi

Rəsmi

31 İyul 2021 15:17 1063


Türkiyədə yanğınlar baş verən rayonlar təbii fəlakət bölgəsi elan edildi.

Yenisabah.az türk mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. 

Qeyd edib ki, Antalyanın Manavgat, Akseki, Alanya, Gündoğmuş və Qazipaşa rayonları, Muğlanın Marmaris, Bodrum, Milas, Göyçegiz və Seydikəmər rayonları, Mersinin Aydıncık və Silifke rayonları, Osmaniyyənin Mərkəz və Kadirli rayonları, Adananın isə Aladağ, İmamoğlu, Karaisalı, Kozan rayonları təbii fəlakət bölgələridir. pizza

R.T.Ərdoğan fikrini belə tamamlayıb: “Meşə yanğınlarının təsirinə məruz qalan bölgələrimizi təbii fəlakət bölgəsi elan etdik. Millətimizə dəyən zərərin aradan qaldırılması və onların durumunun əvvəlkindən yaxşı olması üçün lazım olan bütün addımları atacağıq”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!