Yanvardan pensiyaçılara əlavə 200 manat ödəniləcək?

saytların hazırlanması

Evə çatdırılma

Yanvardan pensiyaçılara əlavə 200 manat ödəniləcək?

Sosial

28 Noyabr 2025 11:35 12098


2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipilə pensiya alan şəxslərə 200 manat yardım edilmişdi. 2023-cü ildə isə bu yardım aylara bölünərək pensiya məbləğlərinə mərhələli şəkildə daxil edilib və indeksləşdirilərək ödənilib. Bəs gələn il pensiyaçıların yenidən 200 manat maddi yardım alması mümkündürmü?

“Yeni Sabah” bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, gələn il belə bir vəsaitin ayrılması real görünmür:

“Gələn il heç bir bu cür yardım gözlənilmir. Hazırda belə bir şərait yoxdur. O vaxt inflyasiya yüksəknidi, pandemiya isə vəziyyəti daha da kəskinləşdirmişdi və dövlət buna görə yardım etmişdi. Amma növbəti il üçün belə bir addımın atılması ehtimalı yoxdur”. pizza

Beləliklə, iqtisadçıya görə, 2026-ci ildə pensiyaçıların əlavə maddi yardım alması reallığa uyğun deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!