Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov hökumətin növbədənkənar parlament seçkiləri barədə AXCP ilə danışıqlara getməsi barədə iddialara münasibət bildirib.
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, o, hakimiyyətin növbədənkənar parlament seçkiləri ilə bağlı kiminləsə danışığa getməsi barədə iddiaları Azərbaycanda keçiriləcək seçkilərə bəri başdan kölgə salmağa çalışan mərkəzlərin məkrli fikrilər adlandırıb:
"Bu heç də xoş niyyətlə ortaya atılmayıb. Məlumdur ki, sentyabrın 1-də ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Həmişə olduğu kimi bu seçkilərin də tam demokratik, şəffaf şəraitdə keçəcəyinə, seçicilərin öz iradəsini ortaya qoyub, parlamenti formalaşdıracağına heç bir şəkk-şübhə yoxdur. Dördpendirli pizza
Azərbaycanda keçirilən seçkilər beynəlxalq müşahidəçilər tərəfindən daim yüksək qiymətləndirilir. Seçkilərin nəticələrinə uyğun parlament rəhbərliyi, komitələri formalaşır. Yalnız bundan sonra necə olacağını demək mümkündür".
Telegram kanalımız