Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tahir Budaqov YAP-ın deputatlığa namizədlər siyahısından danışdı

Siyasət

01 İyul 2024 11:27 609


Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Azərbaycanda  növbədənkənar parlament seçkiləri  keçiriləcək.

Əsas müzakirə olunan məsələlərdən biri də hakim Yeni Azərbaycan Partiyasının  (YAP) deputatlığa namizələr siyahısında  kimlərin adının olub-olmaması barədədir.

YAP Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb. pizza

YAP rəsmisinin sözlərinə görə, hazırda deputatlığa namizədlər siyahısı üzərində iş gedir: “Bir neçə gündən sonra YAP  İdarə Heyətinin toplantısı olacaq və deputatlığa namizədlərimiz elan olunacaq”.

Yeni siyahıda hazırki deputatlardan kimlərin kənarda qalıb-qalmamasına gəlincə, Tahir Budaqov bu barədə suala belə cavab verib: “Bu barədə yalnız YAP İdarə Heyəti qərar verəcək. Onu da deyim ki, YAP əvvəlki dövlərdə olduğu kimi bəzi dairələrdə müstəqil namizədləri də dəstəkləyə bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!